İnvestor

Fabrika Coworking | Fabrika Coworking Center

İnvestor tipi:  Şirkətlər
Əlavə olunma tarixi:   2015-04-21
İş:   Fabrika Coworking
Facebook: https://www.facebook.com/coworking.az
Şəhər: Bakı









Mini-CV


“Fabrika” Bakı şəhərinin mərkəzində işgüzar rayonunda yerləşən yeni iş sahəsidir. Bu darıxdırıcı ofis sahələrindən bezənlər, kafelərdə fikrini toplaya bilməyənlər və evdə ayrıca oturub işləməyi sevməyənlər üçün yeni bir nəfəsdi. Fabrika Kovorkinq Mərkəzində ofisin fəaliyyəti üçün təsəvvür edilə bilən hər şeydən kreativliyinizi artıracaq və sizi ilhamlandıracaq birgə iş mühiti ilə də tanış olacaqsınız. “Fabrika” sizin müxtəlif sahələrdə ixtisaslaşmış insanlarla tanışlıq mərkəziniz, yeni biznes ideyaları yaradacağınız məkan və müştərilərlə görüşəcəyiniz yerdir. Kovorkinq (birgə iş mühiti əsasasında qurulmuş iş növü) son illərdə bütün dünyada çox məşhurlaşmış bir konseptdir. Evdə işləyən professionallar, frilanserlər və ya tez-tez səyahətdə olanlar üçün alternativ təklif edən kovorkinq strukturu şəhər mühitində çox tez yayılmağa başlayıb. Kovorkinq ofisləri günlük, həftəlik və aylıq kirayəyə götürülə bilir və sizi ofis üçün lazım olan hər şeylə təmin edir. Ancaq ən əsası, kovorkinq xüsusi bir mühit və sinerji yaradır ki, bu da ancaq həmfikirli insanların birgə mühitdə çalışmaları zamanı yaranır.

BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER