Startup

WebCamTV.WebCam

Yeni nəslin yeni televiziyası

Kateqoriya:  Digər
Əlavə olunma tarixi:   01.04.2016
Yenilənmə tarixi: 02.05.2016
Sayt: http://www.webcamtv.webcam/

Biz kiçik bir komanda ilə Azərbaycanda və dünyada ilk WebCamTV.WebCam - Yeni nəsil WebCam Realiti şou və online alış-veriş - WebCam marketinq servisi üzərində çalışırıq. Servisin tam istifadəyə verilməsi 1 may 2016-cı il tarixinə nəzərdə tutulub.

WebCamTV.WebCam telemarketing, tvmaqazin və Realiti şou iş prinsinlərinin sintezindən formalaşdırılmış tam yeni yanaşmalı və tam yeni formatlı bir marketinq servisidir. Bu servisin ən böyük sosial əhəmiyyəti isə odur ki, servisdə çalışan aparıçıların, - WebCam operatorarın ən azı 50% əlilliyi olan şəxslər olacaq ki, bu şəxslərin fiziki hərəkət imkanları məhdud olduğundan iş tapmaq, işə gedib gəlmək onlar üçün ciddi problemdir. Bu baxımdam WebCamTV.WebCam əlilliyi olan şəxsləri WebCam operator vakansiyası ilə işlə təmin edilməsi ilə ümumən respublikamızda (gələcəkdə isə dünyada) əlillərin işlə təmin olunmasında ciddi rol oynayır. WebCamTV.WebCam həm də ümumən gənclərin həm WebCam operator həm də Kuryer vakansiyaları üzrə işlə təmin edir.

Servisin iş prinsipi çox sadədir, istifadəçi WebCamTV.WebCam saytının əsas menyusundan Realiti-Şou bölümünü seçıb özünə uyğun və maraqlı olan Realiti-Şounu seçərək izləyir, həm maraqlı oyunlarda, viktorinalarda iştirak edib hədiyyələr qazanır, həm də xoşuna gələn məhsulu elə canlı yayım zamanı sifariş verib ala bilir. Alınan məhsul elə müştərinin gözləri önündə qablaşdırılır, möhürlənir və kuryer vasitəsi ilə ona göndərilir. Alıcılar üçün bu servisin adi internet mağazalardan üstünlüyü ondadır ki, alıcı konkret olaraq hansı məhsulu aldığını görür, alıcıya anbarda saxlanılan hansısa başqa məhsul yox, məhz manitorda gördüyü, özü seçdiyi məhsul göndərilir. İkincisi, alıcı adi mağazalarda olduğu kimi satıcı ilə ünsiyətə girib əlavə məlumatlar almaq, onu maraqlandıran bütün suallara cavab tapmaq imkanı qazanır. Dolayısı ilə bu servis adi pərakəndə satış mağazasını müştərinin evinə, ofisinə gətirir.

Adı mağazalardan üstünlüyü isə ondadır ki, bu servisdən istifadə etməklə alıcı adi mağazalara səfər zamanı qaçılmaz olan vaxt itgisindən azad olur. Servisin iş adamları, satıcılar üçün üstünlüyü isə ondadır ki, bu servisdən demək olar ki, hər bir parakəndə satış mağazası, iaşə obyektləri, kiçik və orta sahibkarlıq subyekti olan istehsal müəssisələri və fermer təsərrüfatları böyük xərclər çəkmədən, coğrafi baxımdan məhdudlaşmayan daha keniş alıcı auditoriyasına yetişə, daha çox məhsul sata, istehsal edə bilərlər. Umumən servis yeni müştərilər gətirməklə həm ticarət, həm iaşə, həm də yerli istehsal, o cümlədən kənd təsərrüfatı sahəsinə yeni nəfəs verə, inkişafı stimullaşdıra bilər. Servis demək olar ki, bütün biznes sahələri üzrə tətbiq edilə bilər.

Uğurun əsas amillərini isə həm servisin yeni formatı, həm də bu servis daxilində hazırlanacaq Realiti şualın orjinal, maraqlı ssenariləri ilə bağlıdır ki, bu sahədə də yekun nəticənin sevindirici olması üçün kifayət qədər bilik və bacarıqlara malikik. Biz servisin daha sürətli inkişafı üçün hər bir əməkdaşlığa hazırıq. Bu servis həm fiziki imkanları məhdud olan insanlar üçün yeni iş yerləri, həm ümumən ticarət dövriyyəsinin və yerli istehsalın inkişafına dəstək olması, Azərbaycanda onlayn ticarətin inkişafı, həm də Azərbaycan istehsalı olan məhsulların və xidmətlərin yaxın və uzaq xarici bazarlara çıxarılması baxımından önəmli göstəricilərə nail ola bilər.

Layihəni inkişaf etdirib həm Azərbaycan istisadiyyatının inkişafına kiçik bər töhfə verə, həm də bu layihəni Azərbaycan brendi kimi öncə MDB ölkələri və Türkiyə bazarına, sonra isə dünya bazarına çıxara bilərik.



Elçin Məmmədov
Layihə verən



Ekspert şərhləri
Geri qayıtmaq
BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER