Startup
OfferBee Azerbaijan
Bütün brendlərin yenilikləri haqqında məlumatları (endirim, kampaniya, vakansiya, xüsusi promo aksiyalar və s.) bir arada cəmləyən proqramdır. Faydaları: OfferBee proqramı istifadəçilərə aşağıdakı faydaları verir: -SPAM deyil: Yalnız üzv olduğunuz brendlərin bildirişlərini qəbul edirsiniz. Bundan başqa, seçimlərinizdən istənilən vaxt imtina edə bilərsiniz; -Heç bir brendə üzv olmadan belə, bütün yeniliklərlə proqrama daxil olaraq tanış ola bilərsiniz; -Vaxt və enerjinizə qənaət: Sizə uyğun məlumatı bildiriş kimi aldığınıza görə, əlavə məlumat axtarmaq məcburiyyətində qalmırsınız; -Zəngin media: Yeniliklərlə həm mətn, həm şəkil, həm də video kimi tanış ola bilərsiniz; -Bələdçi: Brendlərin bütün əlaqə vasitələrini tapa bilərsiniz. İstifadə qaydası: OfferBee proqramı vasitəsi ilə bütün aktiv kampaniyalardan xəbərdar olmaqla yanaşı, istədəyiniz brend(lər)ə üzv olaraq yenilikləri bildiriş kimi ala bilərsiniz. Proqramın kateqoriya bölməsində istədiyiniz brendi profilinə görə rahat taparaq, üzv ola bilərsiniz.
Geri qayıtmaq