Startup

edu-map.org

Sizin təhsil xəritəniz

Kateqoriya:  Digər
Əlavə olunma tarixi:   12.04.2016
Yenilənmə tarixi: 03.05.2016
Sayt: http://edu-map.org/

Edu-Map.org kollektivi olaraq biz gəncləri, cəmiyyətimizi təhsil sahəsindəki yeniliklər barədə məlumatlandırmaq, layihə, təlim, seminar və xaricdəki təhsil imkanları barədə yenilikləri onlarla paylaşmaq məqsədi ilə saytı ərsəyə gətirmişik. Sayt daha çox təhsil yönümlü xəbərlərin istehaslı üzrə ixtisaslaşıb. Hədəfimiz gənclərin hərtərəfli inkişafı üçün təhsil imkanları barədə onlara məlumat vermək, onların bilik və bacarıqlarının inkişaf etdilməsi istiqamətində təşəbbüslərini dəstəkləməkdir. Edu-Map.org təhsil saytı olmaqla yanaşı mədəniyyət, müsabiqələr, gənclərin fərdi inkişafı üçün nəzərdə tutulan proqramlar barədə məlumatları geniş oxucu kütləsinə çatdırır. Multimedianı tam dəstəkləyən saytda elektron kitabxanada fəaliyyət göstərir. Gənc yazarların yaradıcılıq işlərini geniş oxucu kütləsi ilə paylaşması üçün saytda xüsusi bölmə də faəliyyət göstərir. 24 oktyabr tarixində Edu-Map.org təhsil portalı ictimaiyyətə təqdim olundu. Bu az müddət içində saytımız müəyyən məsafə qət etdi. Əsas auditoriyası gənclərdən ibarət olan saytımızın məqsədi gənclərin asudə vaxtlarını faydalı təlimlərə, seminarlara, sərgilərə, müsabiqələrə, təcrübə və könüllü proqramlarına sərf etmələrinə azda olsa dəstək olmaqdı. Gənc yazarların hekayələrini, şeirlərini, maraqlı yazılarını paylaşmaqla onlara dəstək olmağa çalışırıq. Elektron kitabxanamız vasitəsi ilə elektron kitabları yükləyib, mütaliə etmələrinə şərait yaratmışıq. İş elanları kateqoriyasında məqsədimiz elanları paylaşmaqla iş tapmalarında kömək etməkdi. (Buna nə qədər nail ola bilmişik deyə bilmərəm.) Bu müddətdə saytımız bir çox təlimlərə, seminarlara, sərgilərə və layihələrə informasiya dəstəkçisi oldu. Bundan əlavə tərəfdaşlar cəlb olundu saytımıza. Bunlar, Mədəniyyət və Turizim Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Turizim və Menecment Universiteti, Azərbaycan Velosiped Federasiyası, Azərbaycan Gənc Alimlər və Mütəxəsislər Şurası və bir sıra gənclər təşkilatları. Saytımız ilə bağlı Azərbaycan Televizyasında yayımlanan "Müasir Azərbaycan Gənci" (MAG) verlişinə dəvət aldım. Verilişdə saytımız haqqında ətraflı məlumatlar verdim. (Videonun 15:05-20:10 hissəsi) https://www.youtube.com/watch?time_continue=8&v=cWyZK9vZwyk



Rasim Abdurəhmanov
Layihə verən



Ekspert şərhləri
Geri qayıtmaq
BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER