Startup

e-book.az

Azərbaycan dilində elektron kitabxana

Kateqoriya:  Digər
Əlavə olunma tarixi:   29.04.2016
Yenilənmə tarixi: 02.05.2016
Sayt: https://e-book.az/

e-book.az resursu (bundan sonra elektron kitabxana) 2013-cü ildən etibarən fəaliyyətə başlamışdır. Elektron kitabxanamızda Azərbaycan dilində olan kitabların elektron formasını tapa bilərsiniz. Məqsədimiz oxucular üçün Azərbaycan dilində olan müxtəlif kitabların elektron versiyalarını vahid bazada cəmləşdirmək və istifadəsini asanlaşdırmaqdır. Elektron kitabxanamızdakı materiallar bir sıra kateqoriyalara görə sıralanaraq oxucunun axtarışı daha tez zamanda başa vurmasına yönəlib. Bazamızdakı kitabların əksəriyyəti istifadəçilər tərəfindən yerləşdirilmişdir, belə ki, siz də qeydiyyatdan keçərək, Azərbaycan dilində olan vəsaitləri resursa yerləşdirib saytın istifadəçilərinə öz töhvənizi verə bilərsiniz. Həmçinin qeydiyyatdan keçdiyiniz təqdirdə, elektron kitabxanamızın “mənim kitabxanam” xidmətindən də yararlana bilərsiniz. Adı çəkilən xidmət sayəsində siz bəyəndiyiniz kitabı bir kliklə şəxsi kitabxananıza əlavə edə və istənilən vaxt elektron kitabxanamıza daxil olaraq həmin kitabı oxuya yaxud yükləyə bilərsiniz. Eyni zamanda qeydiyyatdan keçməklə kitablara rəy də yaza bilərsiniz, bu isə oxuculara həmin kitab haqqında müvafiq məlumatı əldə etmək üçün yaxşı bir mənbə rolunu oynaya bilər.



Kamal Zeynalli
Layihə verən



Ekspert şərhləri
Geri qayıtmaq
BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER