Startup

YOL Sosial Şəbəkəsi

YOLunuz açıq olsun!

Kateqoriya:  Sosial servislər
Əlavə olunma tarixi:   01.05.2016
Sayt: http://yolservice.com

Nəqliyyat vasitələrinin çox olduğu böyük şəhərlərdə avtomobilistlər dayanacaq yerindən çıxışın yaxud keçidin pis park edilmiş avtomobil tərəfindən bağlanması problemi ilə rastlaşırlar. Bu zaman onlar yolu kəsmiş avtomobilin sürücüsünü axtarmaq məcburiyyətində qalırlar, axtarışlar zamanı avtomobilin ətrafındakı yaxud ətrafdakı məişət obyektlərindəki və ya evlərdəki bir çox insanlarla ünsiyyətə girməli olurlar, yolu kəsmiş maşının sürücüsünü tez bir zamanda tapmadıqda uzun müddət gözləməli olurlar. Bu da yollarda münaqişələrin artmasına səbəb olur. Oxşar vəziyyət müxtəlif dövlət tədbirləri zamanı Dövlət Yol Polisi tərəfindən mühüm yollardan sahibi vaxtında yaxınlaşmayan park edilmiş nəqliyyat vasitələrini yığışdırması zamanı, yaxud Yol Polisinin reydləri zamanı qayda pozuntusu ilə park edilmiş maşınların evakuasiya edilməsi zamanı yaranır. Yollarda rastlanan daha bir aktual problem sükan arxasında olan xanımlarla tanışlıq məqsədilə gənc avtomobilistlərin yollarda yaratdığı qəza vəziyyətləridir. Belə hallar yollarda müxtəlif səciyyəli münaqişə vəziyyətlərinə də gətirib çıxarır. Göstərilən problemlər digər avtomobilistlərlə təcili əlaqə və təhlükəsiz privat şəxsi ünsiyyət vasitələrinin olmamasından irəli gəlir. Eyni aktuallığı analoji parametrli avtomobilin sahibləri ilə ünsiyyət üçün nəzərdə tutulmuş effektiv meydançanın olmaması daşıyır, belə ki, mövcud olan forum tipli meydançalarda analoji avtomobilin təcrübəli sahiblərindən və ya sürücülərindən maşının texniki istismarı, texniki xidməti, təmiri və ehtiyat hissələrinin əldə edilməsinə dair suallara tez bir zamanda relevant cavabların alınması mümkün deyildir. Bu konteksdə “tez bir zamanda” və “relevant” ifadələri əsas əhəmiyyət daşıyır. Yol hərəkətinə və avto-moto-aləmə dair ümumi mövzularda ünsiyyət və yol hərəkəti iştirakçılarının gündəlik yaranan çətinliklər əsnasında çevik qarşılıqlı yardımı, yolüstü sərnişinlərin və yüklərin tapılması, eləcə də nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin tez bir zamanda satılması və alınması üçün mobil meydançanın olmaması da aktual problemlərdəndir. Və nəhayət, profilli biznesin (avtoaləmlə bağlı biznesin) dəqiq tuşlanmış reklam vasitələrinə ehtiyacı indiyədək ödənməmişdir. “YOL” startapı bütün qeyd olunan problemləri xüsusi mobil servis vasitəsilə həll etməyi təklif edir. Beləliklə: Tələbat • Digər avtomobilistlərlə təcili əlaqə və şəxsi ünsiyyət vasitələrinə tələbat; • Yol hərəkəti iştirakçılarının mövzulu ünsiyyəti və qarşılıqlı yardımı üçün nəzərdə tutulmuş rahat mobil meydançaya tələbat; • Effektiv kommersiya instrumentlərinə (nəqliyyat vasitəsinin satışı/alışı, yolüstü sərnişinlərin və yüklərin tapılması, ehtiyat hissələrinin və aksesuarların satışı/alışı), həmçinin tuşlanmış profilli reklam xidmətlərinə tələbat. Bazar • Nəqliyyat vasitələrinin sahibləri; • Yol hərəkəti iştirakçıları; • Avto- və moto-aləmlə bağlı mallar və xidmətlər almaq və satmaq istəyən şəxslər və təşkilatlar. Təklif: • Avtomobilin dövlət qeydiyyat nişanı üzrə təcili əlaqə, həmçinin yol hərəkəti iştirakçılarının şəxsi, sosial və kommersiya ünsiyyəti imkanlarını özündə birləşdirən vahid mobil platforma.



Samir Mukhtarzada
Layihə verən



Ekspert şərhləri
Geri qayıtmaq
BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER