Startup

SMARTAPPP -Endirimli alış-veriş və Mobil ticarət

Smartfonla qazan

Kateqoriya:  Mobil
Əlavə olunma tarixi:   03.05.2016

1. Layihə haqqında ümumi məlumat Son illər kiçik və orta sahibkarlığın inkişafı xeyli problemlərlə üzləşməyə başladı. Ticarət və xidmət obyektləri müştərilərin olmamasından, gəlir və qazancın azlığından, reklam xərclərinin çox, reklam təsirinin isə zəif olmasından daimi şikayət etməyə başladılar. Minlərlə mağaza və xidmət obyekti bağlanmaq məcburiyyətində qaldı. Mağaza və obyektlər çox çətinliklə öz xərclərini ödəmiş olurlar. 2015-ci ildən bu problemlər daha da kəskinləşdi. Neftin ucuzlaşması, manatın dəyərinin düşməsi, alıcıların kredit yüklərinin artması vəziyyəti daha da çətinləşdirdi. Başqa bir tərəfdən böyük maliyyə imkanlarına malik olan və texnoloji inkişafı təqib edən iri biznes - kiçik və orta mağazaları baxlanmaq məcburiyyətində qoymuşdur. Kiçik və orta mağaza və obyektlər - iri mağazalar şəbəkəsi qarşısında rəqabətə davam gətirə bilmirlər və bağlanırlar. Buda öz sırasında işsizlərin sayının çoxalmasına və sosial problemlərin artmasına gətirir. Kiçik və orta mağaza və obyektlərin bu rəqabətə davam gətirməsi, onlara daha çox müştəri və alıcı yönəltmək, reklam xərclərini azaltmaq və əlavə gəlir mənbəyi yaratmaq üçün Biz yeni, innovativ “Endirimli alış-veriş və Mobil ticarət” xidmətini təşkil etmək təşəbbüsü ilə fəaliyyətə başladıq. Qısa müddət ərzində xeyli işlər görüldü və bu işlər davam etdirilir. Biz qarşımızda Azərbaycanda yeni layihəni başlayıb –sonralar onu bütün dünyada davam etdirmək məqsədi qoymuşuq. Layihənin həyata keçirilməsi kiçik və orta mağazalar və xidmət obyektləri üçün geniş imkanlar yaradacaq və iri bizneslə qarşıdurmada davam gətirmək və onlara ən azı baxlanmamaq fürsəti verəcək. Bu fürsətlər və imkanlar bunlardır: 1) çoxlu sayda alıcı və müştəri cəlb etmək və sədaqətli müştəri bazası formalaşdırmaq, vahid müştəri bazasına çıxış; 2) reklam xərclərini azaltmaq və təsirini gücləndirmək (məsələn, xidmət 5 dəqiqə ərzində 100-500 000 və daha çox alıcıya reklam göndərmək imkanı yaradır); 3) Onlar haqqında məlumatın mobil və veb – platformada pulsuz yerləşdirilməsi və təbliğ edilməsi; 4) Başqa mağazaların və xidmət obyektlərinin ticarət dövriyyəsindən qazanmaq və əlavə gəlir mənbəyi yaratmaq imkanı. Bütün bunlar inkişaf etmiş ölkələrdə geniş yayılmış QR-kod texnologiyasının tədbiqi və xüsusi proqram təminatının hazırlanması nəticəsində mümkün olacaq. QR-kod texnologiyasının yeni, innovativ formada istifadə edilməsi bir çox yeni imkanlar yaradır. Layihənin həyata keçirilməsi həmçinin işsizlik problemin həll edilməsində, insanlara və sahibkarlara əlavə və yeni biznes və iş qurmaq imkanı yaradacaq. Kiçik və orta sahibkarlığın güclənməsi, rəqabətə daha da dözümlü olması, onların xərclərinin azalması yeni iş yerlərinin açılmasına və gəlirlərinin artmasına imkan yaradacaq. Hesab edirik ki, “Endirimli alış-veriş və mobil ticarət” xidmətinin (franşiza şəbəkəsinin) yaradılması, onun ətrafında minlərlə firma və sahibkarların, mağaza və xidmət obyektlərin birləşməsi, və bizim təklif etdiyimiz ən son yeni texnoloji nailiyyətlərdən istifadə etmələri kiçik və orta mağaza və obyektlərə geniş imkanlar yaradacaq və onların davamlı inkişafını təmin edəcək. Bu baxımdan Biz ən yeni mobil proqram həlləri (əlavələri) təklif etməklə və xüsusi xidmətlər göstərməklə ölkənin sosial-iqtisadi inkişafına öz tövsiyyəmizi vermiş oluruq.



Sabinə Quluzadə
Layihə verən



Ekspert şərhləri
Geri qayıtmaq
BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER