MÜSABİQƏ
StartUp - ların təqdim olunma Qaydası
StartUp layihələr irəli sürmək, investor olmaq, mütəxəssis olaraq iştirak etməklə bağlı müraciətlər yalnız müsabiqənin internet saytında təqdim olunur. Oflayn formada ərizələr qəbul olunmur. Yarımfinala keçən StartUp-ların biznes-planları e-poçt vasitəsilə də qəbul edilə bilər.
Ərizələrin qəbulu üçün son tarix – _______________. Bu tarix Müsabiqənin gedişi müddətində TK tərəfindən dəyişdirilə bilər.
Ərizələr formada göstərilən qaydada doldurulur və “Göndər” düyməsinə basmaqla sistemə daxil edilir. Formada məcburi olaraq qeyd olunan bəndlər mütləq doldurulmalıdır. Siz qeydiyyat müddətinin sonuna qədər öz ərizənizdə dəyişiklik edə bilərsiniz. Göstərilmiş tarixdən sonra dəyişikliklər qəbul olunmur. Qeydiyyat prosesini uğurla başa çatdırdıqdan sonra Sizin Layihəniz haqqında məlumatlar saytda açıqlanacaq.
Layihənizin qəbul edilməsi ilə bağlı məlumat Sizin e-poçtunuza göndəriləcək
Fiormanı doldurarkən Başlıq və Sloqan hissələrdə qısa və yaddaqalan ad seçilməsi tövsiyyə olunur. Layihənin digər üzvləri də sistemdə qedyiyyatdan keçə bilərlər və StartUp Azərbaycan tədbirlərində iştirak edirlər. Mini-CV yerində Layihə üzərində işləyən Komandanın üzvlərini qeyd edə bilərsiniz. Əgər Komanda yoxdursa özünüz haqqında əlavə məlumat daxil edə bilərsiniz. Demo (Sayt) bölməsində Layihənizin prototipini ( saytınızın URL-ni) qeyd edirsiniz.
Formada qeyd olunan Layihənin qısa təsviri 100 -120 simvoldan artıq olmamalıdır. Bu məlumat ictimaiyyət üçün açıqlanır. Qısa təsvir Layihənin əsas ideyası, fəaliyyət istiqamətini göstərir və səhifədə slayder formasında görsənəcək.
Geniş mətn adlanan hissəyə Layihənizin tanıtımı üçün vacib olan digər məlumatları daxil edə bilərsiniz. Buraya təxminən 1 səhifəyədək məlumat əlavə etmək olar. Bu məlumatlar da ictimaiyyət üçün açıqlanır və Layihənizin reklamı üçün əsasən buradakı məlumatlardan istifadə olunacaq. Odur ki burada kommersiya və ya açıqlanmasını arzu etmədiyiniz məlumatları daxil etməyin.
Ekspertlərin qiymətləndirilməsi üçün vacib olan məlumatı göndərmək üçün Sənədi yüklə menyusundan istifadə edirsiniz. Ekspertlər əsasən bu məlumatlardan istifadə edərək ilkin qiymətləndirməni aparacaqlar. Buraya təxminən 1500 söz əlavə etmək olar. Burada ümumi şkildə Layihənizin ideyası, rəqabət və satış(xidmət) məsələləri, Komandanız və s haqqında məlumatlar yer ala bilər. Bu məlumatlar ictimaiyyət üçün açıqlanmır.
Yarımfinala çıxan iştirakçılar Layihələri ilə bağlı geniş biznes-plan təqdim edirlər. Biznes-planda Layihənin tam detallı təsviri verilir.
Aşağıda biznes-planın əsas hissələri verilib. Bu sahələrdə ümumi mətn 2500 sözdən artıq olmamalıdır.
Biznes ideyanın müxtəsər və aydın təsviri mühüm əhəmiyyət kəsb edir.
Biznes-planın əsas hissələri:
Konsepsiya ideya
Bazarın öyrənilməsi, satış və marketinq
Sizin rəqabət üstünlüyünüz
Maliyyə planı
Komanda
Təxmin edilən maliyyə vəsaitləri
Biznes-planın yazılması üçün saytda yerləşdirilən Nümunədən istifadə etmək olar.
Biznes planların ingilis dilində də verilməsi arzuolunandır.
StartUp-ların qiymətləndirilmə meyarları və qiymətləndirilmə prosesi
Layihələr müxtəlif fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan Ekspertlər tərəfindən qiymətləndirilir.
Ekspertlər layihələrin perspektivliyinə və risklərin dəyərləndirilməsinə üstünlük verirlər. Qiymətləndirmə iki mərhələdə aparılır. Birinci mərhələ təqdim olunan layihələrin ideyasının, qısa təsvirinin və digər məlumatların ekspertlər tərəfindən ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Hər bir ekspert öz sahəsi üzrə Layihələri qiymətləndirməklə müvafiq ballar verir. 1-ci mərhələnin yekununda yarımfinalçılar müəyyən olunur. İlkin mərhələdə Ekspertlər ümumi dəyərləndirmə əsasında təklif olunan biznesin nə dərəcədə uğurlu olmasını və təklif edən komandanın şanslarının nə qədər real olmasını dəyərləndirirlər.
2-ci mərhələdə yarımfinalçılar öz geniş biznes planlarını təqdim edirlər. Yarımfinalçılar öz layihələrinin təqdimatlarını həyata keçirirlər.
Ekspertlər tərəfindən aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq finalçılar müəyyən olunur.
Ekspertlər qiymətləndirmə prosesində aşağıdakı meyarlara əsaslanırlar :
- Maliyyə və real baxımdan layihə nə dərəcədə cəlbedicidir?
- Komanda bazar və biznes xüsusiyyətlərini nə dərəcədə yaxşı bilir?
- Biznes-plan və ya icmal nə dərəcədə aydın və anlaşıqlı yazılıb?
- Təklif olunan struktur-layihə bazarda lider ola bilərmi?
- Komanda Layihənin prototipini yarada bilibmi?
- Komanda nə dərəcədə uğurlu və təcrübəlidir?
- Komanda motivasiyanı qoruyub işi başa çatdıra biləcəkmi?
- Komandanın bir və ya bir neçə üzvündə ideya və ya xidmətləri təşviq etmək üçün lazımi bacarıqlar varmı?
- Komandada investisiyalarla işləmək təcrübəsi və ya bununla bağlı hər hansı dəqiq plan varmı?
- Layihə bazarda təxminən nə qədər müddət yaşaya bilər?
Ekspertlər qiymətləndirmə prosesində öz subyektiv baxışları və dəyərləndirmələri əsasında da qiymətləndirmə apara bilərlər.
Ekspertlər həm bu meyarlar əsasında, həm də öz təcrübələri , bilik və məlumatları əsasında qiymətləndirmə apara bilərlər.
Ekspertlər Şurasının qərarı saytda dərc olunur və nəticələr açıqlanır. Hər hansı Apelyasiya şikayəti qəbul edilmir. Ekspertlərin qərarı həlledicidir.